Ali Dini Lider: "Məhv ediləcək olan məhz İsrail olacaq"
إسلام تايمز , 17 Dec 2024 17:53
IslamTimes - İşğalçı İsrailin Suriyaya müdaxiləsinin nəticələri ağır olacaq, müqavimət qüvvələri mübarizəni davam etdirəcəklər.
Bu sözləri Ali dini lider Seyyid Əli Xameneyi deyib.
“Suriyada baş verən hadisələrdən istifadə edən ABŞ, sionist rejim və müttəfiqləri cinayətlərini davam etdirirlər. Dəməşqdə hakimiyyət dəyişikliyini müqavimətin sonu kimi təqdim etməyə çalışırlar. Bu, ən böyük səhvdir. Qəzza zolağı və Livan mübarizəni davam etdirir. Qəsbkar İsrail Livandakı “Hizbullah” qüvvələrini mühasirəyə almaq və məhv etmək məqsədilə Suriyanın torpaqlarına hücum edir. Amma məhv ediləcək olan məhz İsrail olacaq”, - İslam İnqilabı rəhbəri bildirib.
Story Code: 1178902