QR CodeQR Code

BMT və BMT TŞ İranın Suriyadakı diplomatik məkanlarına qarşı hücumları pisləməlidir

SaharTV , 10 Dec 2024 15:51

İslamtimes - Silahlı qrupların İranın Suriyadakı diplomatik məkanlarına qarşı hücumlarından sonra İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb və onların bu qanun pozuntusunu dərhal pisləmələrini istəyib.


İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani yerli vaxtla bazar ertəsi günü BMT baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda əlavə edib: Bu hərəkətlər diplomatik məkanların toxunulmazlığı və onların işçilərinin təhlükəsizliyinə zəmanət verən diplomatik əlaqələr barədəki 1961-ci il və konsulluq əlaqələri ilə bağlı 1963-cü il Vyana konvensiyalarının aşkar şəkildə pozulması deməkdir.
İran İslam Respublikası vurğulayır ki, diplomatik və konsulluq məkanlarının və onların nümayəndələrinin toxunulmazlığı daim beynəlxalq hüquqlara uyğun şəkildə möhtərəm sayılmalıdır- deyə, İrəvani vurğulayıb.
 


Story Code: 1177561

News Link :
https://www.islamtimes.com/az/news/1177561/bmt-və-tş-iranın-suriyadakı-diplomatik-məkanlarına-qarşı-hücumları-pisləməlidir

Islam Times
  https://www.islamtimes.com