Ərdoğan: Qarşıdakı 2-3 ay dünya və Türkiyə üçün həlledicidir
9 Dec 2024 16:10
İslamtimes - Türkiyə prezidenti Türkiyənin Suriya ilə həmsərhəd Qaziantep vilayətində ictimaiyyət qarşısında çıxışı zamanı bildirib ki, yaxın iki-üç ay bütün dünya və Türkiyə üçün “son dərəcə əhəmiyyətli” olacaq və Ankara bu fərziyyə əsasında hərəkət edəcək.
"[Donald] Tramp administrasiyası ABŞ-da hakimiyyətə gəldi. Tramp administrasiyası dövründə ABŞ-da idarəetmənin necə dəyişəcəyini görəcəyik. Dünya dəyişir. Qarşıdakı 2-3 ay son dərəcə əhəmiyyətlidir. Biz Türkiyə olaraq, Əlimizdən gələni edirik və mesajlarımızı ona uyğun çatdırırıq”, - deyə o bildirib.
Story Code: 1177367