Üçtərəfli görüşdən sonra ilk açıqlama: "Müharibəni tez bitirmək istəyirik"
7 Dec 2024 22:21
IslamTimes - Ukrayna prezidenti Vladimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makron və ABŞ-nin gələcək lideri Donald Trampla görüşündən sonra Ukraynada hərbi əməliyyatları mümkün qədər tez bitirmək istəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə öz teleqram kanalında məlumat verib.
Zelenski hər iki siyasətçiyə təşəkkür edib və görüşün məhsuldar keçdiyini vurğulayıb.
"Onlar xalqımızdan, döyüş meydanındakı vəziyyətdən və Ukrayna üçün ədalətli sülhdən danışdılar. Biz hamımız bu müharibəni mümkün qədər tez və ədalətli şəkildə bitirmək istəyirik" - Ukrayna lideri qeyd edib.
Story Code: 1177072