Kreml Suriyaya hərbi yardımın artırılmasının mümkünlüyünü açıqlayıb
إسلام تايمز , 6 Dec 2024 10:54
IslamTimes - Kreml terrorçularla mübarizə üçün Suriyaya hərbi yardımın artırılmasının mümkünlüyünü açıqlayıb
“Tass” xəbər verir ki, Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib: Kreml Suriyadakı prosesləri diqqətlə izləyir və müttəfiqi olan Suriya hakimiyyəti ilə daim təmasdadır.
Peskov, Moskvanın təkfirçi terrorçularla mübarizə üçün Dəməşqə yardımı artırmağa hazır olduğunu açıqlayıb və deyib: "Şərtlərdən asılı olaraq, terrorçularla mübarizə və bu təhlükəni aradan qaldırmaq üçün Rusiyanın Suriyaya yardımının səviyyəsini artırmaq mümkündür."
Terrorçu qruplar 2024-cü il noyabrın 27-də bəzi ölkələrin dəstəyi ilə Suriya ordusunun mövqelərinə və Suriyanın şimal-qərb və qərb bölgələrindəki qəsəbə və kəndlərə hücum edib. Suriya hakimiyyəti indiyədək müxtəlif vəsilələrlə Türkiyə hökumətini Suriyanın şimalında yerləşən silahlı qruplaşmaların tərəfdarı kimi qiymətləndirib və bu dəstəyin dayandırılmasını və Türkiyə ordusunun Suriyanın şimalındakı ərazilərin işğalına son qoymasını tələb edib.
Suriya ordusunun mövqelərinə qarşı bu terror hücumları 2020-ci ildə bağlanmış atəşkəs razılaşmasını pozub. Çünki bu ərazilər Türkiyənin zəmanəti ilə Astanada imzalanan və İdlib, Hələbin ətrafı, Həma və Latakiyanın bəzi hissələrini əhatə edən “gərginliyin azaldılması” müqaviləsinə daxildir.
Astana sülhünün qarantı kimi İran, Rusiya və Türkiyə arasında 2017-ci ildə imzalanan razılaşmaya əsasən, Suriyada dörd təhlükəsiz zona (gərginliyin azaldılması) yaradılıb.
2018-ci ildə üç bölgə Suriya ordusunun nəzarətinə keçib, lakin Suriyanın şimal-qərbindəki İdlib əyaləti, Latakiya, Həma və Hələb əyalətlərinin bir hissəsinin daxil olduğu dördüncü bölgənin hələ də terrorçu qrupların nəzarətində olduğu bildirilir. Bu bölgə daha çox “Heyət Təhrir əl-Şam” (ən-Nusra Cəbhəsi) terror qruplaşmasının əlindədir.
2018-ci ilin yayının sonunda Rusiya və Türkiyə liderləri Rusiyanın Soçi şəhərində razılığa gəliblər və bu razılaşma zamanı Türkiyə bu bölgədə yerləşən terrorçuları qan tökülmədən çıxaracağını və ya tərksilah edəcəyini vəd edib ki, müşahidəçilərin fikrincə, bu, hələ də baş tutmayıb. Bu gün isə bu bölgədəki terrorçular Suriya hərbi qüvvələrinə və ya bu ərazinin ətrafındakı Rusiya bazasına hücum edirlər.
Story Code: 1176804