Qərb Cənubi Koreyaya da sanksiya tətbiq edəcəkmi? - Zaxarova
4 Dec 2024 00:39
IslamTimes - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin hazırda parlamentə girişi məhdudlaşdıran Cənubi Koreyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi barədə sualla çıxış edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
“Litva, Latviya və Estoniya bununla bağlı nə qərar verdi? Seula qarşı sanksiyalar tətbiq olunacaqmı? Yoxsa Cənubi Koreya Gürcüstandan şanslı olacaq?” - Zaxarova yazdı.
Story Code: 1176448