QR CodeQR Code

İranda İƏT Nazirlər Şurasının 28-ci iclası keçirilir, Məşhəd Bəyannaməsi qəbul olunacaq

3 Dec 2024 11:29

IslamTimes - İranın Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 28-ci iclası keçirilir.


“Report” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, tədbirdə İƏT-ə üzv ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Tacikistan və İranın xaric işlər nazirləri iştirak edirlər.

Vurğulanıb ki, dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədlər bu gün, dekabrın 3-də xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.

Bundan başqa, iclasın yekun sənədi olaraq Məşhəd Bəyannaməsinin də qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov toplantıya qatılmaq üçün İrana səfər edib.


Story Code: 1176326

News Link :
https://www.islamtimes.com/az/news/1176326/iranda-iət-nazirlər-şurasının-28-ci-iclası-keçirilir-məşhəd-bəyannaməsi-qəbul-olunacaq

Islam Times
  https://www.islamtimes.com