Suriyada terrorçuların aktivləşməsinə səbəb İsrailin Livan və Qəzzada məğlub olmasıdır
إسلام تايمز , 30 Nov 2024 23:58
IslamTimes - İraq rəsmisi: Suriyada terrorçu qrupların aktivləşməsinə səbəb işğalçı İsrailin Livan və Qəzzada məğlub olmasıdır
İraq parlamentinin birinci müavini Suriyada terror hərəkatlarının təhlükəsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, sionist rejimin Livan və Qəzzədəki uğursuzluğu terrorun yenidən aktivləşməsinin səbəbidir.
İraq parlamentinin birinci müavini Möhsün əl-Məndlavi şənbə günü - Suriya ordusu ilə terrorçular arasında toqquşmaların şiddətləndiyi bir vaxtda deyib: "Biz Suriyada terrorçu hərəkatların təhlükəsi və onun nəticələri barədə xəbərdarlıq edirik."
O əlavə edib: "Sionist rejimin Livan və Qəzzada məğlubiyyətindən sonra İsrail digər ölkələrin Fələstinə dəstəyini dayandırmağa çalışır.
Əl-Məndlavi deyib: "Biz terrorizmin İraqa qayıtmasının qarşısını almaq üçün qabaqlayıcı əməliyyatların həyata keçirilməsinin zəruriliyini vurğulayırıq."
Suriyanın İdlib vilayətində yerləşən terrorçu qruplar, xüsusilə də “Heyət Təhrir əl-Şam” (keçmiş Əl-Nusra Cəbhəsi) çərşənbə günü Suriyanın şimal-qərbindəki Hələb vilayətinin kənd və şəhərlərinə hücumlara başlayıb. Suriya ordusu da bu terrorçulara qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.
Story Code: 1175893