İsrail Qəzzada beynəlxalq yardım işçilərinə hücum etdi
إسلام تايمز , 30 Nov 2024 22:38
IslamTimes - İşğalçı İsrail ordusu Qəzza zolağında beynəlxalq təşkilatın yardım işçilərinə hücum edərək, bir neçə nəfəri şəhadətə yetirib.
Bu səhər (şənbə günü) "Əl-Mayadin" kanalı sionist rejimin hücumunda 4 nəfərin şəhid olduğunu, onlardan ən azı 2-nin "World Central Kitchen" təşkilatının əməkdaşı olduğunu bildirib. Bu qrup mühasirədə olan Qəzza əhalisinə ərzaq yardımı edilməsində təsirli rola malik bir təşkilatdır.
İşğalçı İsrailin hücumu bu yardım təşkilatının maşınlarından birinə, Qəzza zolağının cənubundakı “Xan Yunis” şəhərinin şimal-şərqindəki “Səlahəddin” məntəqəsində baş verib.
Cinayətkar İsrail ordusunun Qəzza zolağında bu beynəlxalq təşkilatın avtomobilini hədəfə alması ilk dəfə baş vermiş hadisə deyil.
Aprel ayında işğalçı İsrail ordusu Qəzza zolağında “World Central Kitchen” şirkətinin avtomobilinə hücum edərək, Qəzza əhalisi arasında könüllü olaraq ərzaq paylayan işçilərini hədəfə almışdı.
O zaman qaniçən İsrailin bu cinayəti dünyanın bir çox ölkələrinin sərt reaksiyası ilə nəticələndi ki, bəzi ölkələr bu cinayətə etiraz olaraq işğal olunmuş Fələstindən öz səfirlərini geri çağırdılar.
Story Code: 1175892