İran sionist rejimin Livana təcavüzünün dayandırılmasını alqışlayır
SaharTV , 27 Nov 2024 15:23
İslamtimes - İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Livana təcavüzünün dayandırılmasını xəbərini alqışlayaraq, İranın Livan dövləti, xalqı və müqavimətinə qəti dəstəyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Qəzzə və Livana qarşı müharibənin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı İran İslam Respublikasının daimi mövqeyinə və bu məqsədə çatmaq üçün ölkənin son 14 ayda geniş diplomatik səylərinə toxunaraq, deyib: "ABŞ və bəzi Avropa ölkələrinin hərtərəfli dəstəyi ilə sionist rejimin müharibə qızışdırmasının və cinayətlərinin nəticəsi 60 min günahsız insanın şəhid olması, daha 120 min insanın yaralanması, 3,5 milyondan çox məzlum fələstinli və livanlının didərgin düşməsi ilə yanaşı Livanda və Qəzzə zolağında həyati əhəmiyyətli infrastrukturların kütləvi şəkildə dağıdılması oldu.
İsmayıl Bəqayi əlavə edib: "Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımın qarşısının alınması üçün verdiyi müvəqqəti əmrlər və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən sionist rejim başçılarının hərbi və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbsinə dair qərarı nəzərə alaraq, son 14 ayda müharibəyə və soyqırıma son qoyulmasını tələb edən dünya ictimai rəyi bu gün işğalçı rejimin cinayətkarlarının mühakimə olunması və cəzalandırılmasını gözləyir".
Bəqayi həmçinin Qərbi Asiya regionunda sülh və sabitliyin qorunmasında beynəlxalq ictimaiyyətin məsuliyyətini və Qəzzədə müharibəni dayandırmaq üçün təcavüzkar sionist rejimə təsirli təzyiq göstərməyin zəruriliyini vurğulayıb.
Story Code: 1175160