Livan və sionist rejim arasında atəşkəs qüvvəyə minib
SaharTV , 27 Nov 2024 14:12
İslamtimes - Sionist rejim ilə Livan arasında atəşkəs razılaşması yerli vaxtla çərşənbə günü səhər saat 4:00-da qüvvəyə minib.
Çərşənbə axşamı Livanın baş naziri Nəcib Miqati sionist rejimlə iatəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb və rejimi razılaşmanın şərtlərinə tam əməl etməyə və işğal etdiyi bütün Livan ərazilərindən geri çəkilməyə çağırıb.
İbrani mediasına görə, sionist rejim və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirəcək.
İşğalçı rejimin mediası həmçinin qeyd edib ki, rejim yaxın altmış gün ərzində qüvvələrini mərhələli şəkildə Livanın cənubundan geri çəkəcək.
İddia edilib ki, rejim ordusu Livanın cənubundakı sakinlərdən boşaldılan kəndlərə doğru hərəkət etməməyi xahiş edib.
İddiaya görə, sionist rejim ordusu Livanın cənubundakı sakinlərə evlərinə qayıtmağın nə zaman təhlükəsiz olduğu barədə məlumat verəcəyini açıqlayıb.
Bununla belə, dərc olunan görüntülər göstərir ki, livanlı qaçqınlar sionistlərin xəbərdarlıqlarına məhəl qoymadan öz ərazilərinə qayıtmağa başlayıblar.
ABŞ prezidenti Co Baydenin müşaviri və Livan ilə sionist rejim arasında atəşkəs razılaşması üzrə danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi Amos Hokşteyn iki tərəf arasında atəşkəsin daimi olduğunu və hərbi əməliyyatlara son qoyacağını bildirib.
Hokşteyn deyib: "Biz 2006-cı il müharibəsindən sonra hadisələrin təkrarlanmasını istəmirik və atəşkəs razılaşması tam şəkildə yerinə yetirilməlidir.
ABŞ-ın xüsusi nümayəndəsi vurğulayıb ki, 1701 saylı qətnamənin bütün bənd və prinsipləri ona zəmanət verən monitorinq mexanizmi vasitəsi ilə həyata keçirilməlidir.
Livan Hizbullahı isə Netanyahunun sadiqliyinə inanmadığını və bu razılaşma ilə sionist rejim tələsinə düşməyəcəyini açıqlayıb.
Story Code: 1175150