Mask Britaniyanı "polis dövləti" adlandırdı
26 Nov 2024 07:50
IslamTimes - Milyarder və sahibkar İlon Mask Böyük Britaniyanı "tiranik polis dövləti" adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Britaniya sakinləri tiranik polis dövlətindən yorulublar" , - deyə Mask "X" sosial şəbəkə hesabında yazıb.
Mask bu bəyanatı ilə Kir Starmer və onun partiyasının reytinqlərinin düşməsi fonunda Birləşmiş Krallıqda yeni ümumi seçkinin keçirilməsinə çağıran petisiyanı dəstəkləyib. Bununla o, Böyük Britaniya hökumətinə qarşı tənqidlərini davam etdirib.
Story Code: 1174881