QR CodeQR Code

Peskov: Rusiyanın yenilənmiş nüvə doktrinası ABŞ üçün siqnal sayıla bilər

24 Nov 2024 13:35

IslamTimes - Rusiyanın yenilənmiş nüvə doktrinasının nəşri Ukrayna münaqişəsinin misli görünməmiş eskalasiyasını həyata keçirən ABŞ administrasiyası üçün siqnal sayıla bilər.


“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın yenilənmiş nüvə doktrinasının dərcinin ölkənin dərinliklərinə zərbələr endirmək üçün “ATACMS” ballistik raketlərinin istifadəsini təsdiqləyən ABŞ administrasiyası üçün siqnal sayıla bilərmi sualına cavab verərkən deyib:

“Əlbəttə, burada heç bir təsadüflük yoxdur, müəyyən bir qanunauyğunluqlar var.

Baxmayaraq ki, prezident Vladimir Putin bizim doktrinamızı Qərb dövlətlərinin təhrik etdiyi indiki qarşıdurma şəraitinə uyğunlaşdırmaq üçün dəyişikliklərin hazırlanması ilə bağlı göstəriş verib. Lakin buna baxmayaraq, Putin görünməmiş eskalasiyaya cavab verməlidir ki, bu da ilk növbədə hakimiyyətdən gedən Vaşinqton administrasiyası tərəfindən təhrik olunur”.

Peskov qeyd edib ki, bu yolla hakimiyyətdən gedən ABŞ administrasiyası getdikcə ehtiyatsız addımlar ataraq Ukrayna münaqişəsi ətrafında gərginliyi yüksəldir.

 


Story Code: 1174484

News Link :
https://www.islamtimes.com/az/news/1174484/peskov-rusiyanın-yenilənmiş-nüvə-doktrinası-abş-üçün-siqnal-sayıla-bilər

Islam Times
  https://www.islamtimes.com