ABŞ-ın dövlət borcu şok həddə çatdı
24 Nov 2024 12:00
IslamTimes - ABŞ-ın dövlət borcu ilk dəfə 36 trilyon dolları keçib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Hesabatda göstərilir ki, 2024-cü ilin əvvəlindən bu məbləğ 2 trilyon dollardan çox artıb. ABŞ Konqresinin Büdcə Ofisi təklif edir ki, növbəti on ildə Vaşinqtonun öhdəliklərinin həcmi sürətlə artmağa davam edəcək və 2034-cü ildə 57 trilyon dollara yaxınlaşacaq.
ABŞ-ın ən yüksək dövlət borcu 37,5 trilyon dollarla qlobal iqtisadiyyatın 35,6%-ni təşkil edir. İkinci yerdə 14,9 trilyon dollar və ya qlobal ÜDM-in 14,1%-i borcu ilə Çin qərarlaşıb.
Story Code: 1174477