QR CodeQR Code

Ukraynaya yardımın artırılmasına qarşı çıxdılar

24 Nov 2024 11:51

IslamTimes - İsveçrənin Mərkəzin Demokratik İttifaqı partiyası Ukraynaya yardımın artırılmasına qarşı çıxıb.


Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, partiya bu barədə bəyanat yayıb.

Partiya fikrini belə əsaslandırır ki, İsveçrə Ukraynaya ən az yardım göstərən ölkələrdən biri kimi qiymətləndirilir, lakin növbəti dörd il ərzində ölkə Kiyevə 11 milyard frankdan (təxminən 12,3 milyard dollar) çox vəsait verəcək.

Partiya bu yardımın dünya ortalamasından xeyli yüksək olduğunu qeyd edib.


Story Code: 1174475

News Link :
https://www.islamtimes.com/az/news/1174475/ukraynaya-yardımın-artırılmasına-qarşı-çıxdılar

Islam Times
  https://www.islamtimes.com