Avropanın İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün təxribatçı addımını tənqid edib
SaharTV , 21 Nov 2024 09:23
İslamtimes - İranın xarici işlər naziri Seyid Abbas İraqçi fransalı həmkarı ilə telefon danışığında Avropa ölkələrinin İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq etmək üçün atdıqları təxribatçı və əsassız hərəkəti kəskin tənqid edib.
Seyid Abbas İraqçı ilə fransalı həmkarı Jan-Noel Barrot arasında baş tutan telefon danışığı zamanı nüvə danışıqları ilə bağlı son inkişaflar və regional hadisələr müzakirə olunub.
İranın xarici işlər naziri bu telefon danışığında Avropa ölkələrinin İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq etmək üçün atdıqları təxribatçı və əsassız hərəkəti kəskin tənqid edib.
İraqçi, həmçinin üç Avropa ölkəsinin, yəni Almaniya, İngiltərə və Fransanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının iclasına qətnamə layihəsi təqdim etməsini qətiyyətlə pisləyib və qeyd edib ki, Avropa Troykasının bu hərəkəti İranla agentlik arasında münasibətlərdə yaranmış müsbət atmosferlə açıq-aşkar ziddiyyət təşkil edir və sırf məsələnin daha da mürəkkəbləşməsinə gətirib çıxaracaq.
İranın xarici işlər naziri bölgədəki hadisələrlə bağlı sionist rejimin Livana təcavüzünün davam etməsinə və Qəzzədə törədilən soyqırımına işarə edərək, bu faciələrin davam etməsində işğalçı qurumun tərəfdarlarının məsuliyyətini qeyd edib və bütün əlaqədar tərəfləri təcavüzkar sionist rejimi Livan və Qəzzəyə qarşı təcavüzünü dayandırmağa məcbur etmək üçün ciddi addım atmağa çağırıb.
Story Code: 1173844