Ehud Barak: Trampın İran və Rusiya ilə böyük razılaşma əldə etməsi mümkündür
إسلام تايمز , 21 Nov 2024 02:31
“İran nüvə ölkəsi olmaq ərəfəsindədir və nüvə başlığından istifadə etmək imkanına cəmi bir neçə gün və ya həftə qalıb.
Sionist rejimin keçmiş baş naziri Qərbi Asiyada gərginlik məsələsinə toxunmaqla yanaşı, Trampın Netanyahu üçün heç də xoş olmayacaq Tehranla razılaşma ehtimalından danışıb. O həmçinin iddia edib ki, İran nüvə başlığından istifadə etməyə cəmi bir həftə qaldıb.
Sionist rejimin keçmiş baş naziri “Ehud Barak” iddia edib ki, “İran nüvə ölkəsi olmaq ərəfəsindədir və nüvə başlığından istifadə etmək imkanına cəmi bir neçə gün və ya həftə qalıb. Ehud Barak iddia edib ki, İrnın silahlanmasına 9 aydan bir ilə qədər vaxt qalır."
Sionist rejimin keçmiş baş naziri “Politico” jurnalına eksklüziv müsahibəsi zamanı deyib: "İranın seçdiyi bu yol davam edərsə, nə İsrail, nə də ABŞ tərəfindən heç bir böyük hava hücumu onu əhəmiyyətli dərəcədə gecikdirməyəcək."
Story Code: 1173824