Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Nov 2024 12:32
IslamTimes - Böyük Britaniyanın İrana yeni sanksiyaları ilə bağlı krallığın Tehrandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.
Məlumata görə, Böyük Britaniya İran şirkətlərinə sanksiya tətbiq edib. Bildirilib ki, nazirlik Britaniya hökumətinin bu addımını “qanunsuz və əsassız” adlandırıb.
İran XİN-in Qərbi Avropa üzrə baş direktorun köməkçisi Abbas Naderi məhdudiyyətləri dəniz ticarəti və gəmilərin sərbəst hərəkəti prinsipinin, beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Köməkçi İranın Rusiyaya Ukraynada atmaq üçün ballistik raket göndərməsini də təkzib edib.
Sanksiyalar Böyük Britaniya hökuməti tərəfindən noyabrın 18-də İslam Respublikası Aviasiya Şirkətinin (“Iran Air”) və İran Gəmi Xətləri (IRISL) dövlət müəssisələrinə tətbiq olunub.
Story Code: 1173724