QR CodeQR Code

Amerika bu dəfə işğalçı İsrailin cinayətini ört-basdır edə bilmədi

إسلام تايمز , 20 Nov 2024 10:05

IslamTimes - Qəzzada yardım karvanlarına edilən hücumlara görə İsrail ordusu məsuliyyət daşıyır - Metyu Miller


Amerika dövləti Qəzzada on minlərlə körpə və qadını qətliam edən İsrail rejimini bu dəfə təmizə çıxara bilməyib. İşğalçı İsrail rejiminin cinayətlərini "özünümüdafiə" bəhanəsiylə dəstəkləyən Amerika Qəzzada humanitar yardım karvanlarına edilən hücumlara görə İsraili qismən təqsirli bilib. 

Bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib: "İsrail ordusu Qəzza zolağına humanitar yardım aparan yük avtomobillərinə edilən hücumlara görə məsuliyyət daşıyır.

Qəzza zolağında humanitar yardım karvanlarının oğurlanması hallarına münasibət bildirən Miller, buna görə məsuliyyətin bir hissəsinin İsrail ordusunun üzərinə düşdüyünü bildirib.

İşğalçı İsraili törətdiyi cinayətlərə görə qınamaqdan yayınan ABŞ diplomatı bildirib ki, müharibəni dayandırmadan və Qəzzada yeni idarəetmə və təhlükəsizlik orqanı yaratmadan bu problemi həll etmək mümkün deyil.


Story Code: 1173695

News Link :
https://www.islamtimes.com/az/news/1173695/amerika-bu-dəfə-işğalçı-israilin-cinayətini-ört-basdır-edə-bilmədi

Islam Times
  https://www.islamtimes.com