QR CodeQR Code

“Hizbullah” işğalçı İsrail ordusunun Qolani briqadasını vurub

20 Nov 2024 10:59

IslamTimes - “Hizbullah” Livanın cənubunda İsrail ordusunun Qolani briqadasına qarşı hücum təşkil edildiyini açıqlayıb.


APA xəbər verir ki, Müqavimət Hərəkatı həmçinin Livana quru əməliyyatlarının başladığı oktyabr ayından bu yana 110-dan çox cinayətkar İsrail əsgərinin məhv edildiyini və 1050-dən çox əsgərin yaralandığını xəbər verib.

“Hizbullah” tərəfindən verilən yazılı açıqlamada işğalçı İsrailə qarşı hücumların sürətləndiyi və təşkilatın raket ehtiyatının azaldığı iddialarına cavab olaraq sionist rejimin Hayfa şəhərinə hücum təşkil edildiyi bildirilib.

Anadolu Agentliyinin xəbərinə görə açıqlamada işğalçı İsrail əsgərlərinin Livanın cənubundakı Aytarun, Marun ər-Ras və Aynata üçbucağında pusquya düşürüldüyü bildirilib.


Story Code: 1173694

News Link :
https://www.islamtimes.com/az/news/1173694/hizbullah-işğalçı-israil-ordusunun-qolani-briqadasını-vurub

Islam Times
  https://www.islamtimes.com