QR CodeQR Code

Rusiyada yenilənmiş nüvə doktrinası təsdiqlənib

19 Nov 2024 13:09

IslamTimes - Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.


“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, o, bununla bağlı müvafiq fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, Rusiyanın bu sahədə dövlət siyasəti müdafiə xarakteri daşıyır.

Eyni zamanda vurğulanıb ki, hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə bu koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.

Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar Rusiya Prezidenti tərəfindən verilir.

 


Story Code: 1173502

News Link :
https://www.islamtimes.com/az/news/1173502/rusiyada-yenilənmiş-nüvə-doktrinası-təsdiqlənib

Islam Times
  https://www.islamtimes.com