Pentaqon həyəcan təbili çalır
SaharTV , 16 Nov 2024 16:08
İslamtimes - Birləşmiş Ştatların müdafiə naziri hərbçilər arasında intiharların sayından narahat olduğunu bildirib və hərbçilərə psixoloji dəstəyin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasını tələb edib.
2023-cü ildə amerikalı hərbi qulluqçular arasında 523 intihar hadisəsi qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur.
ABŞ Müdafiə Nazirliyi - Pentaqonun məlumatına görə, ötən il ABŞ hərbçiləri arasında intiharların sayı əvvəlki illə müqayisədə 30 nəfər çox olub. İntihar halları fəal heyət arasında 12 faiz, ehtiyatda olanlar arasında isə 8 faiz artıb.
2023-cü ildəki rəqəmlərin əvvəlki illə müqayisədə daha yüksək olmasına baxmayaraq, Pentaqon ümumi statistikanın sabit qaldığını və uzunmüddətli tendensiyaya uyğun gəldiyini iddia edib.
Story Code: 1172930