Harrisin kampaniyası pul yığmağa davam edir
14 Nov 2024 23:17
IslamTimes - ABŞ seçkilərində məğlub olan Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası seçkilərin bitməsindən bir həftə sonra da pul yığmağa davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın "NBC" telekanalı məlumat yayıb.
"Vitse-prezidentin məğlubiyyətini etiraf etməsindən bir həftə keçməmiş, Harrisin kampaniyası hələ də pul yığmağa davam edir" - telekanalın məlumatında deyilir.
"NBC"nin verdiyi məlumata görə, kampaniya rəsmisi yığılan pulun Demokratik Milli Komitəyə köçürüləcəyini və bəzi ştatlarda səslərin yenidən sayılmasını istəyəcəklərini deyib.
Story Code: 1172630