QR CodeQR Code

Sıradan çıxmış raketlərin Ukraynaya göndərilməsinə ABŞ qərar verir

إسلام تايمز , 13 Nov 2024 15:29

IslamTimes - Tayvanın müdafiə naziri bu gün bildirib ki, istismardan çıxarılan “Hawk” raketlərinin Ukraynaya göndərilib-göndərilməyəcəyi ilə vağlı qərar vermək ABŞ-ın ixtiyarındadır.


ABŞ və müttəfiqləri Rusiya ilə müharibənin başladığı 2022-ci ildən bəri Ukraynaya milyardlarla dollarlıq silah yardımı edib.

Bu silahlara Hollandiyadan göndərilən F-16 qırıcıları daxildir.

"Reuters" xəbər agentliyinin məlumatına görə, Tayvanın müdafiə naziri Vellinqton Kuo Tayvanın sıradan çıxmış və köhnə Hawk raketlərinin Ukraynaya göndərilib-göndərilməyəcəyi sualına cavab olaraq bildirib ki, Tayvanın artıq bu silahlara ehtiyacı yoxdur və onların istismardan çıxarılması qaydalara uyğun olaraq həyata keçirilir.

O, əlavə edib: "Əgər Amerika tərəfi bizə desə ki, biz onları təhvil verməliyik, biz müvafiq qanun və qaydalara uyğun hərəkət edib bu raketləri ABŞ-a verəcəyik, sonra da ABŞ onları Ukraynaya göndərməklə bağlı özü qərar verəcək."

Hələlik Tayvan Ukraynaya birbaşa silah göndərilməsi ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Tayvan ABŞ-la razılaşma da daxil olmaqla raket əleyhinə müdafiə sistemlərini təkmilləşdirir və yeniləyir. Tayvan ötən ay 2 milyard dollar dəyərində NASAMS qabaqcıl yer-hava raketlərinin alınmasına dair müqavilənin təsdiqlədiyini də açıqlayıb.

ABŞ-ın Tayvana bu sistemləri təhvil verməsi, rəsmi Vaşinqtonun Çinə qarşı təxribatı kimi dəyərləndirilir.


Story Code: 1172376

News Link :
https://www.islamtimes.com/az/news/1172376/sıradan-çıxmış-raketlərin-ukraynaya-göndərilməsinə-abş-qərar-verir

Islam Times
  https://www.islamtimes.com