"Riyaz konfransı İsraili terrorçu elan etməlidir"
إسلام تايمز , 12 Nov 2024 12:19
IslamTimes - Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Husi bildirib ki, Riyaz Konfransı işğalçı İsrail rejimini terrorçu elan etməlidir.
Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Husi ərəb və İslam ölkələrinin Riyazda təşkil edilən təcili toplantısının bəyanatını tənqid edib.
Məhəmməd Əli Husi bildirib ki, yaxşı olardı ki bu konfransda iştirak edən İslam ölkələri düşmən İsrail rejimini özlərinin terrorist siyahısına əlavə edərdilər.
Yəmən Ali Siyasi Şurasının üzvü əlavə edib: "Necə olur ki, İslam ölkələri beynəlxalq qətnamələrin icra olunması üçün heç bir addım atmır?! Bu konfransın bəyanatı işğalçı İsrailin cinayətlərinin əsas şəriki olan amerika ilə dostluq münasibəti quran ərəb rejimlərinə də göz yummaq anlamına gəlir..."
Story Code: 1172156