QR CodeQR Code

Trampın sensasion planı: ABŞ-ı NATO-dan çıxaracaq

10 Nov 2024 17:23

IslamTimes - ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Bayden dönəmində qəbul edilən və Vaşinqtonun NATO-dan çıxma prosesini çətinləşdirən qanundan yan keçə bilər.


Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.

ABŞ nəşrinin fikrincə, yeni prezident bu məqsədilə hüquqi boşluqdan istifadə edə bilər.

Qanun 2023-cü ildə ABŞ-da qanun qəbul edilib, ona görə, prezidentin ölkəni NATO-dan çıxarmaq qərarı Senatın üçdə iki səsi və ya Konqres aktı ilə təsdiqlənməlidir. Amerikalı hüquqşünasların fikrincə, Tramp müvafiq qərar qəbul olunarsa, prezidentin xarici siyasət sahəsində müstəsna səlahiyyətləri haqqında müddəadan istifadə edərək Konqresdən yan keçməyə cəhd edə bilər.

Brukinqs İnstitutunun analitiki Skott Anderson Bayden dövründə qəbul edilən qanunun qüsursuz olmadığını deyir. Bununla belə, onun sözlərinə görə, Trampın Konqresdən yan keçməklə ABŞ-ı NATO-dan çıxarmaq cəhdi qanunverici orqanla birbaşa konstitusion konfliktə gətirib çıxaracaq.

Çikaqo Universitetinin professoru Kertis Bredli öz növbəsində söyləyir ki, Tramp müvafiq qərar qəbul edərsə, Konqresin onu məhkəməyə vermək üçün hüquqi əsaslarının olub-olmayacağı bəlli deyil:

“İddia ərizəsi vermək hüququna malik olan yeganə şəxs Konqresin özüdür, amma respublikaçıların (ən azı Senata nəzarət edəcək) belə bir iddianı dəstəkləyib-dəstəkləməyəcəyi qeyri-müəyyəndir”.

Nəşr xatırladır ki, Tramp bundan əvvəl ABŞ-ı NATO-dan çıxmaqla hədələyib. Bundan əlavə, o, 2020-ci ilin mayında Vaşinqtonu Açıq Səma Müqaviləsindən çıxardığı ilk vəzifə müddətində oxşar hüquqi boşluqdan artıq istifadə edib.

“Politico” bildirir ki, Tramp ABŞ-ı NATO-dan çıxarmaq qərarına gəlsə belə, bu prosesin tez başa çatması ehtimalı yoxdur.


Story Code: 1171797

News Link :
https://www.islamtimes.com/az/news/1171797/trampın-sensasion-planı-abş-ı-nato-dan-çıxaracaq

Islam Times
  https://www.islamtimes.com