Trampın bu barədə danışması hələ tezdir - Borrell
10 Nov 2024 15:47
IslamTimes - Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planı barədə danışması hələ tezdir.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
Onun sözlərinə görə, AB artıq Ukraynaya 122 milyard avro yardım edib ki, bu da Kiyevə verilən bütün dəstəyin təxminən 50%-ni təşkil edir.
Borrell vurğulayıb ki, AB Ukraynaya kömək etməyə davam edəcək.
Story Code: 1171787