QR CodeQR Code

İranlı məktəblilər ixtiralar müsabiqəsində 5 qızıl medal qazanıblar

SaharTV , 10 Nov 2024 15:39

İslamtimes - İranlı məktəblilər Beynəlxalq Elm və İxtiralar Müsabiqəsində beş qızıl medal və iki xüsusi mükafat alıblar. Bu barədə İran komandasının başçısı məlumat verib.


İran komandasının başçısı Mehdi Rəşidi Cahanın verdiyi məlumata görə, İndoneziyada keçirilən tədbirdə səkkiz sahə üzrə 24 ölkədən 1098 komanda iştirak edib. İran isə bu yarışda əyani şəkildə üç komanda və onlayn rejimdə iki komanda ilə iştirak edib.
İran komandasının rəhbəri bildirib ki, İranın texniki və mühəndislik sahəsində İlia Məcidzadə və Parsa Kərimidən ibarət komandası Texniki və mühəndislik sahəsində qızıl medal və İndoneziya İxtiralar və İnnovasiyalar Təşkilatının xüsusi mükafatını qazanıb. Əmir Abbas Kavusi Əmin və Artin Salaridən ibarət komanda isə eyni sahədə qızıl medal qazanıb. Bundan əlavə, Nima Söhrabi süni intellekt texnologiyası sahəsində qızıl medal və Rumıniyanın xüsusi mükafatını qazanıb.
Artin Radmətin, Niki Əbtəhi, Baran Bəhmən, Sarina Nusrəti və Məhəmməd Hüseyn İzzətidən ibarət “Valeh” komandası ətraf mühit üzrə, Baran Derəxşənde Dəryasəri, Paniz Xələjifər, Qolşid Şirvani və Yasəmən Səididən ibarət komanda isə biotexnologiya sahəsində İrana daha iki qızıl medal qazandırıblar.
 


Story Code: 1171780

News Link :
https://www.islamtimes.com/az/news/1171780/iranlı-məktəblilər-ixtiralar-müsabiqəsində-5-qızıl-medal-qazanıblar

Islam Times
  https://www.islamtimes.com