Orada yazılmışdı: Ukrayna məhv olacaq - Kuleba
9 Nov 2024 11:14
IslamTimes - Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba iddia edir ki, 2022-ci ilin əvvəlində ABŞ Prezidenti Co Baydenin masasında Ukraynanın süqutu ilə bağlı proqnozların əks olunduğu sənədi görüb.
Axar.az xəbər verir ki, bu barədə sabiq nazir “Kanal 24”ə müsahibəsində deyib.
“Ofisdə mən başa düşdüm: onun masasında Ukraynanın məhv olacağı açıq-aydın yazılmışdı. Yəni onun bütün kəşfiyyat maşını: hərbi, siyasi analitiklər, CİA hamısı yekdil idi - Ukrayna məhv olacaq”, - Kuleba bildirib.
Story Code: 1171572