Sionist rejim içəridən çalxalanır
SaharTV , 6 Nov 2024 14:18
İslamtimes - İşğal olunmuş Fələstində hərb naziri Yoav Qallantın tutduğu vəzifədən azad edilməsi sionist siyasətçiləri hiddətləndirib.
Sionist rejimin prezidenti İshaq Hersoq sionist rejimin baş naziri tərəfindən Yoav Qallantın Hərbi Nazirlikdən qovulması ilə əlaqədar İsrailin daxili müharibəyə sürüklənə biləcəyi barədə xəbərdarlıq edib.
Hersoq deyib ki, İsrail rejiminin tarixinin ən çətin mərhələlərindən birindədir.
“İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman hərb naziri Yoav Qallantın vəzifədən azad olunmasına münasibətində də deyib ki, döyüşün ortasında yeni təyinat biabırçı siyasi ehtiyacları ödəmək üçündür. Buna görə təhqiqat komissiyası yaradılmalıdır.
Müxalifət lideri Yair Lapid isə bu cür reaksiya verib: “Müharibənin ortasında Qallantın işdən çıxarılması dəlilik aktıdır. Netanyahu siyasi baxımdan sağ qalmaq üçün İsrailin təhlükəsizliyini və İsrail ordusunun əsgərlərini qurban verir”.
Demokratlar Partiyasının rəhbəri Yair Qolan isə “küçələrə çıxın” deyə, etiraz aksiyalarına çağırıb. Qeyd edək ki, baş nazir Benyamin Netanyahu ötən gün axşam saatlarında Yoav Qallantı vəzifəsindən azad edib və XİN başçısı İsrael Katzı onun yerinə təyin edib.
Digər tərəfdən belə məlumatlar yayılıb ki, Netanyahu sionist rejim ordusunun Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətindədir. Bu barədə “Valla” (Walla) portalı baş nazirə yaxın mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, yeni istefalar və təyinatlarla əlaqədar qondarma rejimin baş naziri Benyamin Netanyahunun istefası tələbi ilə işğal olunmuş ərazilərdə izdihamlı aksiyalar keçirilib. Nümayişçilər sionist rejimin hərb naziri Yoav Gallantın işdən çıxarılmasına etiraz olaraq Təl-Əvivdə Ayalon magistral yolunu bağlayıblar.
Story Code: 1171088