QR CodeQR Code

Gürcüstanda Prokurorluq iddialara sübüt tələb etməyə başlayıb

SaharTV , 31 Oct 2024 08:36

İslamtimes - ABŞ və Avropanın eləcə də Gürcüstandakı qərbyönümlü qüvvələrin seçkilərin nəticələri barədə heç bir fakt təqdim etmədən iddialar irəli sürməsindən sonra Prokurorluq parlament seçkiləri ilə bağlı araşdırmalara başlayıb.


SəhərAzəri-nin məlumatına əsasən, Gürcüstan Prokurorluğu parlament seçkilərində saxtakarlıq iddiası ilə bağlı araşdırmaya başlayıb. Araşdırmalara əsasən, Prezident Salome Zurabişvilinin də ifadə verməyə çağırıldığı bildirilir.
  Gürcüstanın yerli mediasının yaydığı məlumata görə, Mərkəzi Seçki Komissiyasının oktyabrın 30-dakı müraciəti əsasında Gürcüstan Prokurorluğu Cinayət Məcəlləsinin 164³ maddəsi ilə cinayət əlamətləri olan parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb:
  “MSK-nın bəyanatına və KİV vasitəsilə ictimai məkanda yayılan məlumatlara görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərində mümkün saxtakarlığa dair sübutlar olmalıdır, ona görə də qanuna əsasən, o çağırılıb”.
  Qeyd olunur ki, Gürcüstan Prokurorluğu Prezidentin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi məqsədilə MSK-nın müraciətində göstərilən bütün zəruri istintaq və prosessual hərəkətləri eyni vaxtda həyata keçirəcək:
  “Onların arasında istintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək”. Oktyabrın 27-də Gürcüstanın Prezidenti Salome Zurabişvili keçirdiyi mətbuat konfransında parlament seçkilərinin rəsmi nəticələrini tanımadığını bildirmiş və seçiciləri etiraza çağırmışdı.
  Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri təmiz, şəffaf, rəqabətli və demokratik keçib.
  Bu gün jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri təmiz, şəffaf, rəqabətli və demokratik keçib.
  “Seçkilər tamamilə ədalətli, azad, rəqabətli və şəffaf keçib. Şəffaflıqla bağlı heç bir problem yoxdur. Hər kəs hər şeyi yenidən yoxlaya bilər”, - o bildirib.
 


Story Code: 1169816

News Link :
https://www.islamtimes.com/az/news/1169816/gürcüstanda-prokurorluq-iddialara-sübüt-tələb-etməyə-başlayıb

Islam Times
  https://www.islamtimes.com