Ukraynada vətəndaş müharibəsi olacaq
31 Oct 2024 00:11
IslamTimes - Ukraynada vətəndaşları səfərbər etməyin zorakı üsulları ölkəni vətəndaş müharibəsinə sürükləyir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı deputat Aleksandr Dubinski özünün Teleqram kanalında yazıb.
“Öz ətrafına zəngin, silahlı və prinsipsiz insanları cəmləşdirərək, özünü lider elan edən şəxs Ukraynanı vətəndaş müharibəsinə aparır”, - o vurğulayıb.
Dubinski qeyd edib ki, adi ukraynalı üçün özünü qorumaq məsələsi Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq deyil, hadisələrin bu cür inkişafından qaçmaqdır.
Story Code: 1169782