QR CodeQR Code

"İsraillə münasibətlərin normallaşması üçün şərtimiz Fələstin dövlətinin yaradılmasıdır"

إسلام تايمز , 30 Oct 2024 21:15

IslamTimes - Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib: "İsraillə münasibətlərin normallaşması üçün şərtimiz Fələstin dövlətinin yaradılmasıdır..."


Səudiyyə Ərəbistanının xarici işlər naziri bu gün Ər-Riyadda keçirilən “İki dövlətli həll yolunun icrası üzrə beynəlxalq birliyin” iclasında vurğulayıb ki, “Fələstin dövlətinin yaradılması Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşması istiqamətində irəliləməsi üçün əsas şərtdir. "

Bu gün Ər-Riyadda Fələstində, Qəzzada baş verən hadisələri araşdırmaq məqsədi “İki dövlətli həll koalisiyası”nın toplantısı start götürüb. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib: "Fələstin məsələsinin həlli üçün yol tapmaq olduqca vacibdir."

Əl-Cəzirə telekanalının xəbərinə görə, Fərhan Fələstin və sionist rejim arasında münaqişənin həlli üçün iki dövlətli həll yoluna sadiq qaldığını vurğulayaraq deyib: "Biz Qəzza zolağının şimalında yaşayan insanların İsrail tərəfindən kütləvi şəkildə öldürülməsinin əleyhinəyik. Fələstin dövlətinin yaradılması Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşması istiqamətində irəliləməsi üçün şərtdir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkənin Fələstin Qaçqınlar Agentliyinə (UNRWA) dəstəyini də vurğulayıb.


Story Code: 1169770

News Link :
https://www.islamtimes.com/az/news/1169770/israillə-münasibətlərin-normallaşması-üçün-şərtimiz-fələstin-dövlətinin-yaradılmasıdır

Islam Times
  https://www.islamtimes.com