QR CodeQR Code

Arakçı BMT baş katibinə məktub göndərdi - Çağırış

27 Oct 2024 13:04

IslamTimes - İran xarici işlər naziri İsrailin hücumu ilə əlaqədar BMT baş katibi və Təhlükəsizlik Şurası üzvlərinə məktub göndərib.


Axar.az xəbər verir ki, məktubun mətnini İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi özünün X hesabında dərc edib.

“İsrail rejiminin qeyri-qanuni hücumları beynəlxalq hüququn fundamental prinsiplərini və BMT Nizamnaməsini, xüsusən də 2-ci maddənin 4-cü bəndini pozur. İsrail rejiminin hərəkətləri beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır, regionda sabitliyi daha da gərginləşdirir. İran İsrail rejiminin davam edən və sistematik təcavüzü fonunda Birləşmiş Millətlər Təşkilatının baş katibini və Təhlükəsizlik Şurasını qəti mövqe tutmağa çağırır. Onlar işğalçı İsrail rejimini təcavüzkar hərəkətlərinə görə qəti və birmənalı şəkildə pisləməlidirlər”, - Arakçı bildirib.


Story Code: 1169063

News Link :
https://www.islamtimes.com/az/news/1169063/arakçı-bmt-baş-katibinə-məktub-göndərdi-çağırış

Islam Times
  https://www.islamtimes.com