QR CodeQR Code

İran işğalçı İsrailin qırıcılarını vurdu

26 Oct 2024 20:59

IslamTimes - İran hərbçiləri işğalçı İsrailin hücumunu dəf edərkən onlara məxsus bir sıra qırıcıları və pilotsuz uçuş aparatlarını (PUA) vurub.


Teleqraf.com xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkətinin efirində İran İslam Respublikası Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemi çox yaxşı işləyirdi. Rejimin demək olar ki, bütün pilotsuz təyyarələri və qırıcıları hər hansı tədbir görməzdən əvvəl məhv edilib”, - deputat bildirib.

Zöhrəvənd bildirib ki, gecə işğalçı İsrail İranın müdafiə sistemlərindən yalnız birinə hücum edib, ona görə də ölkənin hərbi və iqtisadi infrastrukturuna ciddi ziyan dəyməyib.

Deputat vurğulayıb ki, cinayətkar İsrailin hücumu zəif olub, buna görə də Tehran İsrailə cavab verməyə dəyərmi, bunu hesablamalıdır. Bununla belə, o, İsrailə cavab verilməsinin İranın qanuni haqqı olduğunu bildirib.


Story Code: 1168947

News Link :
https://www.islamtimes.com/az/news/1168947/iran-işğalçı-israilin-qırıcılarını-vurdu

Islam Times
  https://www.islamtimes.com