BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları sona çatıb
SaharTV , 23 Oct 2024 16:04
İslamtimes - BMT Təhlükəsizlik Şurasının Katibliyi təşkilata üzvü olan dövlətlərə nota göndərməklə İrana qarşı 2231 saylı Qətnamənin B Əlavəsinin 3, 4 və 6-cı bəndlərinin müddəalarının, o cümlədən raket sınaqları, raket maddələrinin İrana ixracı və ya İrandan idxalına qoyulan məhdudiyyətlərin, həmçinin əmlakının müsadirə edilməsi və İranın fiziki şəxsləri və qurumlarına maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı sanksiyaların rəsmi olaraq, başa çatdığını elan edib.
2231 saylı Qətnamənin B Əlavəsinin müddəalarına əsasən, bu məhdudiyyətlər nüvə anlaşmasının həyata keçirilməsindən sonra 8 il davam etdi və nəhayət, 18 oktyabr 2024-cü il tarixində Nyu-York vaxtı ilə gecə yarısı avtomatik olaraq, sona çatdı.
BMT baş katibinin siyasi müavini xanım Rozmari DiKarlo İran İslam Respublikasının daimi nümayəndəsinə ünvanladığı ayrıca məktubda yuxarıda qeyd olunan müddəaların ləğv edilməsini və iranlı şəxslər və qurumların Təhlükəsizlik Şurasının siyahısından çıxarılmasını təsdiqləyib.
Sözügedən məhdudiyyətlərin ləğvi elə bir halda baş verir ki, son illərdə ABŞ və Qərb ölkələri tərəfindən bu sanksiyaların davam etdirilməsi üçü zəmin yaratmaq məqsədilə İranı ittiham etmək və beynəlxalq ictimaiyyətdə konsensus yaratmaq istiqamətində geniş siyasi və hüquqi səylər göstərilib. Nəhayət, Qərb ölkələrinin Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrini bərpa etməkdə siyasi və hüquqi uğursuzluğu ilə sözügedən məhdudiyyətlərə rəsmən son qoyuldu.
Bundan əlavə, sözügedən dəyişikliklər gecə saat 12:00-da Birləşmiş Millətlər Təşkilatının internet saytında və Birləşmiş Millətlər Təşkilatının sanksiyalarının vahid siyahısında tətbiq edilib.
TŞ-nin İran İslam Respublikasına qarşı digər beynəlxalq sanksiyaları, Əhatəli Müştərək Təşəbbüs Proqramının həyata keçirildiyi gün və bunun ardınca adi və yüngül silahlara qoyulan məhdudiyyətlər Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən 2020-ci ilin oktyabrında artıq dayandırılmışdı.
2023-cü il oktyabrın 18-də qalan məhdudiyyətlərin aradan qaldırılması ilə Birləşmiş Millətlər Təşkilatında İranın fiziki şəxslərinə və qurumlarına aid bütün sanksiyalar ləğv edilib.
Story Code: 1168212