Quterreş: UNIFIL-ə hücum müharibə cinayəti sayıla bilər
إسلام تايمز , 13 Oct 2024 22:48
IslamTimes - İşğalçı İsrail tankları Livanın cənubundakı UNIFIL bazasına hücum etdikdən sonra BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, bu təşkilatın qüvvələrinə hər hansı hücum “müharibə cinayəti” sayıla bilər.
Reuters-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik də UNIFIL-i müdafiə edərək bəyan edib: “UNIFIL sülhməramlıları bütün mövqelərində qalacaqlar və BMT bayrağı Livanın cənubunda dalğalanmağa davam edəcək”.
O, davam edib: “Baş katib bir daha təkrar edir ki, UNIFIL personalı və onun obyektləri heç vaxt hədəfə alınmamalıdır. Sülhməramlılara qarşı hücumlar beynəlxalq qanunları pozur və müharibə cinayətləri kimi təsnif edilə bilər”.
Qeyd edək ki, artıq təkcə BMT deyil, Fransa kimi ölkələrin rəhbərləri də İsrailin cinayətlərinin qarşısını almağa, bu rejimə silah embarqosu tətbiq etməyə çağırıb.
Story Code: 1166301