İşğalçı ordu sözçüsü İsraili ifşa etdi
إسلام تايمز , 12 Oct 2024 23:45
IslamTimes - Sionist rejimin 12-ci kanalının müxbiri sionist ordu sözçüsünün dəvətindən sonra Livanda qurudan irəliləyişlə bağlı həqiqətləri işıqlandırıb...
Sionist rejimin 12-ci kanalının müxbiri Şai Levi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb ki, işğalçı rejim ordusunun sözçüsü Daniel Hagari sionist jurnalistləri ziyafətə dəvət edib. Ordu rəsmisi jurnalistləri sərhəd zolağının yaxınlığına aparıb və məlum olub ki, işğalçı İsrail rejimi yalnız bir neçə metr Livan ərazisinə daxil ola bilib.
Əl-Əxbar qəzetinin məlumatına görə, o, əlavə edib: "Livan ərazisinə bir neçə metr daxil olmaq məni təəccübləndirmədi. Hərbçilər Apaçi helikopterinin döyüş sursatını İsrail ərazisinə atmasına səbəb olan hadisə barədə də izah verməkdən boyun qaçırdılar!"
Sionist rejimin Qəzzə zolağı ilə bağlı yalanlarından sonra belə görünür ki, bu dəfə işğalçı ordu eyni məsələni Livanın cənubunda təkrar edərək quruda ciddi irəliləyiş etdiyini iddia edir. Levi daha sonra bildirib ki, Hagari çətin sualları eşitmək istəmədiyi üçün adını onu müşayiət etməli olan müxbirlər siyahısından çıxarıb."
Story Code: 1166143