QR CodeQR Code

İsrail İrana qarşı bu axmaq addımı atmaqdan qorxdu

9 Oct 2024 09:03

IslamTimes - KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək


İşğalçı İsrail rejimi İranın raket zərbələrinə cavab olaraq, İslam Respublikasının nüvə obyektlərinə zərbə endirmək fikrindən imtina edəcək, çünki Tehranla genişmiqyaslı regional münaqişənin başlanmasından ehtiyat edir.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti adıaçıqlanmayan cinayətkar İsrail rəsmilərinə istinadən bildirib.

Onların fikrincə, sionist rejimin İranın nüvə proqramı obyektlərinə zərbə endirməsi cinayətkar İsraillə İran arasında regional müharibəyə yol aça bilər.

Bu cür münaqişə sionist dövlətinin Fələstindəki HƏMAS hərəkatı və Livandakı “Hizbullah” təşkilatını məğlub etmək qabiliyyətini “əhəmiyyətli dərəcədə zəiflədə bilər”. Nəşr vurğulayıb ki, İranla münaqişənin başlanmasının qarşısının alınması Qəzza zolağında vəziyyətin kəskinləşməsindən sonra işğalçı İsrail Baş naziri Binyamin Netanyahunun administrasiyası tərəfindən rəsmən bəyan edilmiş “müharibə məqsədlərindən” biridir.


Story Code: 1165329

News Link :
https://www.islamtimes.com/az/news/1165329/israil-irana-qarşı-bu-axmaq-addımı-atmaqdan-qorxdu

Islam Times
  https://www.islamtimes.com