Ali Məqamlı Rəhbər general Hacızadəyə "Fəth" nişanı verdi
SaharTV , 7 Oct 2024 15:36
İslamtimes - İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xamenei SEPAH-ın aerokosmik qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacizadəni "Fəth" nişanı ilə təltif ediblər.
Bu nişan parlaq "Sadiq Vəd" əməliyyatı üçün general Hacızadəyə verilib.
Fəth nişanı İslam mücahidlərinin zəfərli əməliyyatlarının və bu əməliyyatların fatehlərinin simvolu olaraq, seçilib.
Bu nişan üç xurma yarpağı, Xürrəmşəhr Came Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağından təşkil olunub.
İran İslam Respublikası öz suverinliyinə qarşı təcavüz müqabilində bir müddət təmkinlik göstərdikdən sonra, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi əsasında ölkənin özünü müdafiədəki qanuni haqqına uyğun olaraq, eləcə də Amerikanın dəstəyi ilə bu rejimin şərur hərəkətlərinin artması, Livan və Qəzzə əhalisini qırğın etməsi və şəhidlər, İsmayıl Həniyyə, Seyid Həsən Nəsrullah və general-mayor Seyid Abbas Nilfuruşanı şəhid etməsinə cavab olaraq, Sadiq Vəd-2 əməliyyatında yüzlərlə ballestik raketlə işğal olunmuş ərazinin mərkəzini hədəfə aldı.
SEPAH-ın raketləri sionist rejimin hərbi və təhlükəsizlik obyektlərini hədəfə aldı və onların 90%-dən çoxu müəyyən edilmiş hədəfləri uğurla vurub və sionist rejim İran İslam Respublikasının kəşfiyyat və əməliyyat üstünlüyündən dəhşətə gəlib.
Story Code: 1164961