QR CodeQR Code

Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik

7 Oct 2024 09:50

IslamTimes - Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-nin ştatı deyilik.


"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır,” - Şalva Papuaşvili deyib.

 


Story Code: 1164889

News Link :
https://www.islamtimes.com/az/news/1164889/gürcüstan-parlamentinin-sədri-biz-abş-nin-ştatı-deyilik

Islam Times
  https://www.islamtimes.com