Makronun İsrailə qarşı çağırışı Netanyahunu özündən çıxardı
Story Code : 1164743
İşğalçı İsrailin Qəzza əhalisinə qarşı bir il davam edən soyqırımdan sonra, bu dəfə Livanda dinc sakinləri amansızca bombalaması hətta İsrailin ən yaxın müttəfiqləri olan Qərb ölkələrini də işğalçı İsrailə qarşı bəyanat verməyə vadar edib.
İsrailin cinayətlərinə ara vermədiyini görən Fransa prezidenti Emanuel Makron işğalçı İsrailə qarşı silah embarqosu tətbiq etməyi təklif edib.
Fransa prezidentinin bu bəyanatından sonra özündən çıxan Netanyahu Makronun bu çağırışını biabırçılıq adlandırıb. Netanyahu iddia edib ki, Qərb ölkələri olmadan belə İsrail əməliyyatlarını (red. cinayətlərini) davam etdirməyə qadirdir.
Netanyahu sionist rejimi elə bir bataqlığa sürükləyir ki, hətta İsrailinin ən böyük dəstəkçisi olan Donald Tramp da bu gedişlə İsrailin məhv olacağını bildirir.