İran XİN başçısı Suriya prezidenti ilə görüşüb
5 Oct 2024 15:33
IslamTimes - Suriyada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
İran mətbuatı bu barədə xəbər verib.
Məlumata görə, görüşdə ikitərəfli münasibətlər, bölgədə baş verən son proseslər müzakirə edilib.
Bildirilib ki, Abbas Əraqçını Dəməşqdə Suriyanın rəsmi şəxsləri qarşılayıblar.
Qeyd edək ki, A.Əraqçı bundan əvvəl Livanda səfərdə olub.
Story Code: 1164535