QR CodeQR Code

Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova

3 Oct 2024 13:35

IslamTimes - Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterresin persona non-qrata elan edilməsi İsrailin suveren qərarıdır, lakin bu, Yaxın Şərqdə sülhün əldə olunmasına kömək etməyəcək.


Publika.az xəbər verir ki, bunu RTVI-ya şərhində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Persona non-qrata elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək”, - deyə Zaxarova işğalçı İsrailin baş katibə qarşı tədbirlərini şərh edərkən qeyd edib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, hazırkı vəziyyətdə məsuliyyət BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq böhranı ilə bağlı “birdən çox qətnamə layihəsini” bloklayan ABŞ-ın üzərinə düşür. Zaxarova həmçinin Vaşinqtonu “öz yöndəmsiz hərəkətləri ilə” münaqişənin həlli üçün diplomatik səylərə zərbə vurmaqda ittiham edib.


Story Code: 1164100

News Link :
https://www.islamtimes.com/az/news/1164100/bu-addım-yaxın-şərqə-sülh-gətirməyəcək-zaxarova

Islam Times
  https://www.islamtimes.com