“Helen” ABŞ-da 175 nəfərin ölümünə səbəb olub
3 Oct 2024 07:39
IslamTimes - “Helen” tropik qasırğası ABŞ-da 175 nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində Şimali Karolina ştatında 90, Cənubi Karolinada 36, Corciyada 25, Floridada 14, Tennessidə 8, Virciniyada 2 nəfər ölüb.
ABŞ Daxili Təhlükəsizlik Naziri Alexandro Mayorkas Helen qasırğanın nəticələrinin aradan qaldırılması prosesinin illər çəkəcəyini və son dərəcə bahalı olacağını açıqlayıb.
Story Code: 1164081