0
Tuesday 1 October 2024 - 10:36

Suriyanın HHM qüvvələri işğalçı İsrailin raket hücumunu dəf edib

Story Code : 1163677
Suriyanın HHM qüvvələri işğalçı İsrailin raket hücumunu dəf edib
Cinayətkar İsrail rejiminin Hərbi Hava Qüvvələri Livanın cənubuna işğalçı hücumun başlaması ilə eyni vaxtda Suriyanın paytaxtı Dəməşqin qərb bölgələrinə də raket hücumları həyata keçirib.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi ölkənin Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri Məzzə ərazisi üzərində peyda olan düşmən hədəflərinə atəş açıb.

Zərbələrin işğal altında olan Colan təpələrindən endirildiyi bildirilir.

 
Comment