QR CodeQR Code

Suriyanın HHM qüvvələri işğalçı İsrailin raket hücumunu dəf edib

1 Oct 2024 10:36

IslamTimes - Suriyanın HHM qüvvələri cinayətkar İsrailin Dəməşqə raket hücumunu dəf edib


Cinayətkar İsrail rejiminin Hərbi Hava Qüvvələri Livanın cənubuna işğalçı hücumun başlaması ilə eyni vaxtda Suriyanın paytaxtı Dəməşqin qərb bölgələrinə də raket hücumları həyata keçirib.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi ölkənin Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri Məzzə ərazisi üzərində peyda olan düşmən hədəflərinə atəş açıb.

Zərbələrin işğal altında olan Colan təpələrindən endirildiyi bildirilir.

 


Story Code: 1163677

News Link :
https://www.islamtimes.com/az/news/1163677/suriyanın-hhm-qüvvələri-işğalçı-israilin-raket-hücumunu-dəf-edib

Islam Times
  https://www.islamtimes.com