QR CodeQR Code

Müəzzəm rəhbər Seyid Həsən Nəsrullahın şəhid edilməsi münasibəti ilə müraciət edib

SaharTV , 29 Sep 2024 07:48

Islamtimes - İslam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Livan Hizbullahının baş katibi Höccətül-islam vəl-müslimin Seyid Həsən Nəsrullahın şəhid edilməsi münasibəti ilə müraciət edib


Bismillahir-Rəhmanir-Rəhim

İnna Lillah və İnna İləyhi Raciun
Əziz İran xalqı
Böyük islam ümməti
Böyük Mücahid, regionda müqavimətin bayraqdarı, fəzilətli dini alim və uzaqgörən siyasi lider cənab Seyid Həsən Nəsrullah Rizvanüllah ələyh, Livanda dünən gecə baş verən hadisələrdə Şəhadət səadətinə nail oldu və mələkuta uçdu.
Müqavimətin əziz seyyidi on illər boyu Allahın yolunda etdiyi cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir döyüşdə aldı. Elə bir halda şəhid oldu ki, Beyrutun Zahiyyə bölgəsində evləri dağıdılmış, əzizləri öldürülmüş, pənahsız əhalini müdafiə üçün proqram hazırlayırdı. Elə on illər boyu şəhər və kəndləri qəsb olunmuş, evləri dağıdılmış və əzizləri qətlə yetirilmiş məzlum Fələstin xalqını müdafiə uğrunda layihələşdirmə və cihad apardığı kimi.  Bu qədər mücahidlik etdikdən sonra Şəhadət səadətinə nail olmaq onun haqqı idi.
İslam dünyası böyük bir şəxsiyyəti, müqavimət cəbhəsi önəmli bir bayraqdarı və Livan Hizbullahı misli az görünmüş bir rəhbəri itirdi, ancaq onun çox illik idarəçilik bacarığı və cihadının bərəkətləri heç vaxt itirilməyəcək. Onun müqavimətin digər mərkəzlərini istiqamətləndirən Livanda qoyduğu təməl onun yoxluğunda nəinki itirilməyəcək hətta onun və digər şəhidlərin qanının bərəkəti sayəsində daha da möhkəmlənəcəkdir. Müqavimət cəbhəsinin sionist rejimin çürük və çökməkdə olan vücüduna vurulan zərbələri Allahın köməyi və qüdrəti ilə daha da möhkəmlənəcək. Bu hadisədə sionist rejimin çirkin zatı qələbəyə nail olmayıb.
Müqavimət Seyyidi, bir fərd deyildi, bir yol və məktəb idi və bu yol bundan sonra da davam edəcək. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadı, Şəhid Seyid Həsənin də qanı yerdə qalmayacaq.
Bundan öncə oğlu Seyid Hadini də Allahın yolunda verən Əziz Seyyidin həyat yoldaşına, əziz övladlarına və bu hadisənin şəhidlərinin ailələrinə və Hizbullahın hər bir üzvünə və Livanın əziz xalqı və yüksək rəsmilərinə, bütün müqavimət cəbhəsinə və bütün islam ümmətinə böyük Nəsrullahın və şəhid yoldaşlarının şəhadətini təbrik və başsağlığı verirəm və İslami İranda beş günlük ümumi matəm elan edirəm. Allah onları övliyaları ilə məhşur etsin!

Vəssəlamu əla ibadillahil salihin

Seyid Əli Xamenei
1403.07.07
 


Story Code: 1163150

News Link :
https://www.islamtimes.com/az/news/1163150/müəzzəm-rəhbər-seyid-həsən-nəsrullahın-şəhid-edilməsi-münasibəti-ilə-müraciət-edib

Islam Times
  https://www.islamtimes.com