Vaşinqton Livana görə işğalçı İsrailə xəbərdarlıq edib
25 Sep 2024 16:51
IslamTimes - ABŞ "Hizbullah"a qarşı keçirilən əməliyyatlar zamanı Livanın hökumət infrastrukturunun məhv edilməməsinə qarşı olduğunu və bu tələbin İsrail qarşısında qaldırıldığını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə işğalçı İsrailin 12-ci kanalı məlumat verib.
Vaşinqton, həmçinin bölgədə genişmiqyaslı müharibəyə səbəb olacaq hadisələrin Birləşmiş Ştatlar üçün "qırmızı xətt" olduğunu Tel-Əvivin nəzərinə çatdırıb.
Xatırladaq ki, iki gün əvvəl cinayətkar İsrail rejiminin Livanın cənubuna endirdiyi raket zərbələri nəticəsində 558 nəfər dinc sakin həyatını itirib, hökumət infrastrukturuna ciddi zərər dəyib.
Story Code: 1162387