İnqilab Rəhbəri mədən faciəsi ilə bağlı başsağlığı verib
Shartv , 23 Sep 2024 18:36
Islamtimes - Ali Məqamlı Rəhbər Təbəsdə mədən partlamasında baş vermiş acı hadisədə bir neçə mədənçinin həlak olması ilə nəticələnən faciə ilə bağlı başsağlığı verib.
İmam Xamenei müraciətində zərərçəkmişlərin ailələrinə başsağlığı verərək mədəndə işçilərinin xilas edilməsi ilə bağlı daha çox çalışılmasına təkid edib.
O həzrətin acı hadisə ilə bağlı başsağlığı məktubunda bildirilir:
Bağışlayan və Mehriban Allahın adı ilə
Təbəsdə daş kömür mədənində baş verən acı və qəmləndirici hadisənin qurbanı olmuş və ya yaralnamş bir neçə işçinin ailələrinə və həmin məntəqənin əhalisinə başsağlığı verirəm.
Dövlət qurumları tərəfindən hadisə yerinə kömək üçün ezam edilmiş xilasetmə qruplarına təkid edirəm ki, onların xilası üçün daha çox səy göstərsin və baş vermiş bu müsibətin nəticələrinin daha az olması üçün lazım olan tədbiri görsünlər. Bununla yanaşı yaralıların vəziyyəti ilə təcili şəkildə maraqlanmaq da diqqətdə saxlanılsın.
Story Code: 1161882